Reklam

Bu xətalara görə sürücüyə protokol yazılmır – DYP-dən rəsmi açıqlama

Yol polisi 7 Yanvar 2016 23:50 Oxunub 18695
Bu xətalara görə sürücüyə protokol yazılmır – DYP-dən rəsmi açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov «apteçka», yanğınsöndürən balon və «uçbucağa» görə cərimə yazılmadığını deyir

Son günlər avtomobildə dərman qutusu, yanğınsöndürən balon və qəza-durma nişanının olmamasına görə cərimələrin artdığı və guya yol polisinin reydlərə başladığı barədə məlumatlar sürücülər arasında çaşqınlıq yaradıb. Bu azmış kimi, müxtəlif mənbələr tərəfindən xəbər yayılır ki, yol polisi postlarında, digər yollarda DYP əməkdaşları sürücüləri saxlayaraq «apteçka», yanğınsöndürən balon və «uçbucağa» görə cərimə yazıb və ya yazmamaq üçün sürücüdən «şirinlik» tələb edib. Bununla bağlı Avtosfer.az-a da bəzi oxucuların müraciətləri daxil olub. Biz də məsələni aydınlaşdırmaq üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədovla əlaqə saxladıq. O da təsdiq etdi ki, həqiqətən də son günlər bu cür məlumatlar yayılmaqdadır. Lakin deyilənlərin hamısı yol polisi haqqında növbəti şaiyələrdir: «Bunu bilərəkdən edənlər polis haqqında şaiyələr yaymaqla nəyəsə nail olmaq istəyir. Bu gün yol polisləri tərəfindən saxlanılan sürücülərdən xüsusi komplektləşdirilmiş dərman qutularının, yanğınsöndürən balonnun və qəza-durma nişanının tələb edilməsi və ya yoxlanılması barədə Dövlət Yol Polisi İdarəsinə heç bir məlumat daxil olmayıb və yol polisləri də bunu etmir. Biz artıq məlumat vermişik və bir daha qeyd edirik ki, həmin vasitələrlə bağlı yol polisi tərəfindən heç bir reyd keçirilməyib və heç kimə inzibati protokol tərtib olunmayıb. Yayılan söz-söhbətlər yol polisləri ilə sürücülər arasında narazılıq yaratmağa xidmət edir. Kimlərsə yol polisinin fəaliyyətinə kölgə salmağa çalışır və polis-sürücü münasibətlərini gərginləşdirmək istəyir. Biz bunu bəzi qüvvələrin vəziyyəti gərginləşdirmək istəyi kimi qiymətləndiririk. Mən bir yol polisi, paytaxt sakini olaraq sürücülərimizə inanıram. Ümid edirəm ki, vətəndaşlarımız, sürücülərimiz belə provakasiyalara uymayacqlar. Hansısa sürücüdə belə bir fakt varsa ki, hansısa yol polisi əməkdaşı hansısa postda sürücünü saxlayıb yanğınsöndürən balon və qəza-durma nişanının olmamasına görə cərimə yazıb, o zaman bu barədə bizə müraciət etsinlər. Əgər deyilənlər sübut olunarsa, sözsüz ki, yol polisi əməkdaşı ilə bağlı tədbir görüləcək».

Yol polisi hesab edir ki, dərman qutusu, yanğınsöndürən balon və qəza-durma nişanının satışı ilə məşğul olanlar yol polisi ilə bağlı şaiyə yayıb öz işlərini daha da genişləndirməyə çalışırlar: «Nəinki Bakı şəhərində, eyni zamanda respublika üzrə yol polisinin stasionar postlarında da elə bir hal ola bilməz ki, hansısa sürücüyə yanğınsöndürən balon, qəza-durma nişanı və «apteçka»ya görə cərimə yazılsın və ya başqa neqativ hala yol verilsin. Kimsə belə halla rastlaşıbsa, Dövlət Yol Polisinə müraciət etsin, yol polisinin 902 qaynar xəttinə zəng vursun. Bir daha deyirəm ki, komplektləşdirilmiş dərman qutusunun olmamasına görə sürücü 3 manatdan 5 manata qədər cərimə oluna bilər. Qəza-durma nişanı və yanğınsöndürən balonun olmamasına görə yol polisi tərəfindən sürücüyə inzibati protokol tərtib edilmir. Sadəcə, təbliğat xarakterli addım kimi sürücüyə tövsiyyə edilə bilər ki, bu vasitələrin avtomobildə olmasını təmin etsin. Çünki bu vasitələr avtomobildə olmalıdır. Texniki baxışdan keçərkən həmin vasitələrin maşında olub-olmamasına diqqət yetirilir. Ümumilikdə isə yol polisinə heç bir göstəriş verilməyib ki, yanğınsöndürən balon, dərman qutusu və qəza-durma nişanı olmayan sürücülərə qarşı reyd keçirilsin və ya protokol yazılsın. Belə bir şey yoxdur».

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Fikret 8 Yanvar 2016 00:34
Hormetlı Vaqif Esedov,bu melumat yayılanda, cammat el ayaga dusende, niye efire cixib demırdınız kı bu şayedi, Hansısa işbazların yalan melumatıyla oyuna gelmısık, Yaxsı ındı dovlet bu şaiyeni yayan işbazların qarsı her hansı bır tedbir gorecek