Çirkli nömrəni yol polisinə təmizlətdirən general qızı - VİDEO

Sən demə, vəzifəli şəxslərə cərimə yazmamaq təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də rast gəlinən haldır. Rusiyada hazırlanan bu videoçarx sosial şəbəkələrdə maraqla qarşılanıb. Avtosfer.az-ın məlumatına görə, «Porcshe» markalı avtomobili saxlayan yol polisi sürücüyə nömrələrin çirkli olmasını irad tutur. Sürücü isə bildirir ki, qarşıdakı avtoyuma məntəqəsində maşını yudurdub problemi həll edəcək. Lakin yol polisi bununla razılaşmır və cərimə yazacağını bildirir. Bu zaman avtomobildə əyləşmiş gənc xanım polis serjantını yanına çağırır və özünü vəzifəli şəxs kimi təqdim edərək komandiri çağırmağı tələb edir. Komandir gəldikdə isə qız sənədini təqdim edərək general qızı olduğunu bildirir. Dərhal özünü qaydaya salan komandir sənədləri sürücüyə və xanıma qaytararaq onları yola salmaq istəyir. Lakin xanım əl çəkmir və bildirir ki, onları saxlayan serjant maşının nömrələrini yuyub təmizləməlidir. Komandirin əmri ilə serjant həmin maşının nömrələrini yuyub təmizlədikdən sonra avtomobil oradan uzaqlaşır.
Avtosfer.az sfera.az-a istinadən həmin videonu təqdim edir:
Fidan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













