Daha bir general oğlu yol polisinə hücum etdi

Hüquq-mühafizə orqanlarında çalışan, general rütbəli şəxslərdən birinin oğlu idarə etdiyi “Lexus” markalı avtomobili polis əməkdaşının üstünə sürüb. Avtosfer.az azadlıq.info-ya istinadən xəbər verir ki, hadisə 2 gün əvvəl Yasamal rayonunda, “Təzə Pir” məscidinin ətrafında baş verib. Məlumatda bildirilir ki, dövlət tədbirilə əlaqədar polislər o ətrafda yolları bağlayıbmış. Həmin vaxt oradan keçən general oğlunun da avtomobili saxlanılıb. Lakin o, polislərin dediklərinə əhəmiyyət verməyərək maşını işə salıb və asayiş keşikçilərindən birinin üzərinə sürüb. Bununla da ürəyi soyumayan general oğlu maşından düşərək həmin polis əməkdaşına hücum çəkib. Digər polislər yoldaşlarını general oğlunun əlindən almaq üçün davaya müdaxilə ediblər. Məlumatda bildirilir ki, üzərinə maşın sürülən polis əməkdaşı ağır xəsarət alıb. Onun hazırda xəstəxanaların birində müalicə olunduğu bildirilir. Məlumatda o da qeyd edilir ki, hadisə yerinə ərazi üzrə polis idarəsinin rəhbərliyi də gəlib. Məhz bu zaman aydın olub ki, hadisəni törədən general oğludur. Baş verənlər barədə Daxili işlər naziri Ramil Usubova məruzə edilib. Nazirin hadisəyə reaksiyası sərt olub və o, general oğlunun həbs olunması barədə göstəriş verib. General oğlu polis idarəsinə, oradan isə məhkəməyə aparılıb. Barəsində həbs-qətimkan tədbiri seçilən general oğlu gecə ilə Kürdəxanı təcridxanasına göndərilib.
Sayt sözügedən generalın adını açıqlamasa da, qeyd edir ki, həmin şəxsin kimliyi və konkret harada işləməsi onlara məlumdur.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












