Daxili İşlər Nazirliyinin qarşısında yol polisini döydülər

Bakıda sürücü yol polisi əməkdaşına qarşı kobudluq edib. Avtosfer.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, bu barədə kobudluqla üzləşən yol polisi inspektoru, polis serjantı Mahmudov Elnur Emin oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə yazdığı raportda bildirib. E.Mahmudov qeyd edib ki, Azərbaycan prospekti 7 ünvanında (Daxili İşlər Nazirliyinin əsas binasının qarşısında) xidməti vəzifəsini yerinə yetirərkən “BMW X5” markalı, 10 FK 347 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə nəqliyyat vasitəsini qadağan olunmuş yerdə saxladığı üçün xəbərdarlıq edib. Lakin avtomobilin sürücüsü yol polisi əməkdaşının iradına məhəl qoymayıb. Bundan sonra E.Mahmudov həmin vətəndaşa yenidən xəbərdarlıq edib və protokol yazıb. Sürücü isə buna etiraz edib və yol polisinə qarşı kobudluq edib. Şikayətçi polis əməkdaşı bildirib ki, həmin sürücü onun kəmərindən tutaraq itələyib və yerə yıxıb. Araşdırmalardan sonra məlum olub ki, yol polisinə qarşı kobudluq edən şəxs Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuş, 1972-ci il təvəllüdlü Kərimov Kərimağa Tacəddin oğludur. Faktla bağlı araşdırmalar davam etdirilir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












