Deputat Nardaran hadisələrində polisin şücaətindən danışdı

Milli Məclisin iclasında çıxış edən deputat Elmira Axundova Nardaran hadisələrinə görə Azərbaycan polisinə minnətdarlıq edib. Avtosfer.az-ın məlumatına görə, deputat bildirib ki, terrorçuluqla mübarizədə Azərbaycan polisi qəhrəmanlıq göstərib. «Bildiyiniz kimi bir neçə gün əvvəl islam pərdəsi altında fəaliyyət göstərən bir qrup şəxsin dövlət müstəqilliyimizə, suverenliyimizə, əmin-amanlığımıza qarşı yönələn təxribatının qarşısı böyük uğurla alındı. Acı haldır ki, həmin təxribatçı, bölücü qrupa qarşı həyata keçirilən xüsusi əməliyyat zamanı 2 polis əməkdaşı da dünyasını dəyişdi. Həmin polislərimizə Allahdan rəhmət, ailələrinə isə baş sağlığı diləyirəm. Mən Daxili İşlər Nazirliyinin rəhbərliyinə, şəxsən cənab nazirə təşəkkür edirəm ki, bu qurum belə professional səviyyədə öz işini qurub, xalqın və dövlətin keşiyində ləyaqətlə dayanıb, bununla da bizlərin firavan cəmiyyətdə əmin-amanlıq şəraitində yaşamağımızı təmin edib. Əminəm ki, bundan sonra da Daxili İşlər Nazirliyi dini ekstremizmə, mütəşəkkil cinayətkarlığa, ümumiyyətlə bu tip ağır cinayətlərə qarşı sərt və barışmaz mübarizəsini uğurla davam etdirəcək".
Deputat bildirib ki, bu baxımdan baş verən hadisələr fonunda təklif edilən dəyişiklik labüddür: "Amma mən bir sualla çıxış etmək istəyirəm. Hamımız gözəl bilirik ki, hazırda Qafqaz Müsəlmanları İdarəsində, İslam Universitetində fəaliyyət göstərən, ümumrespublika səviyyəsində böyük nüfuz, hörmət sahibi olan axundların, din xadimlərinin xeyli hissəsi vaxtilə dövlətin vəsaiti, dəstəyi və xeyir-duası ilə xaricdə dini təhsil alıblar. Qanuna təklif edilən dəyişikliyə əsasən isə xaricdə dini təhsil alanların dini ayinləri yerinə yetirməsi qadağan olunur. Öz hesabına və ya müəyyən qaranlıq yollarla, digər dövlətlərin, hər hansı qüvvələrin vasitəsilə xaricdə dini təhsil alanlarla dövlət xətti ilə təhsil alanlar arasında müəyyən fərq qoyulmalıdır. Ona görə təklif edərdim ki, dövlət hesabına təhsil alan şəxslər qanunda istisna hal kimi nəzərdə tutulsun.
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












