Deputatdan DYP-yə sərt ittiham: «Nömrələri bazar qiymətinə satırlar»

«Qanunda hər bir dövlət nömrə nişanın qiyməti açıq yazılıb. 001-009 nömrələri həriflər eyni olduqda 2500, fərqli olduqda 1500, 100-900 nömrələri həriflər eyni olduqda 1500, fərqli olduqda 1000, 111-999 nömrələri isə həriflər eyni olduqda 1000, fərqli olduqda isə 500 manat dəyərində müəyyənləşdirilib. Bütün bunlar «Yol hərəkəti haqqında» qanunda öz əksini tapıb. Qalan nömrələrin hamısı 22 manat təşkil edir». Bu fikirləri Milli Məclisin deputatın Rafael Cəbrayılov Avtosfer.az saytına açıqlamasında bildirib. Onun sözlərinə görə, qanunda açıq şəkildə yazılıb ki, bu nömrələr Dövlət Yol Polisi İdarəsinin rəsmi internet səhifəsində və DYP-nin imtahan-qeydiyyat şöbələrində rahat görünə biləcək yerlərdə tablolaroda yazılıb vurulmalıdır. İnsanlar da sərbəst şəkildə seçim edib, dövlət rüsumunu banka ödəməklə istədikləri dövlət nömrə nişanını alıb öz avtomobillərinə vura bilərlər. Amma əfsuslar olsun ki, bu gün bu sahədə açıq bazardır. Mən bunu deməkdən çəkinmirəm, bu gün dövlət nömrə nişanları bazar qiymətləri ilə satılır».
Deputatın sözlərinə görə, düzdür, iqtisadiyyatımız bazar iqtisadiyyatıdır. Amma bu o demək deyil ki, yol polisi həmin nömrələri bazar iqtisadiyyatının qaydalarını tədbiq etməklə bazar qiymətinə və yaxud, qara auksiona çıxarıb satmalıdır: «Təəssüf ki, bu, reallıqdır və baş verir».
Elməddin
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ
Yol polisi bu ərazidə sürücüləri cərimə edə bilər? - QANUNLA BELƏDİR
Yol polisi sərxoş və "avtoş" sürücülərə qarşı reyd keçirdi - VİDEO











