Deputatlarla yol polisi qarşıdurmasına nöqtə qoyuldu

Milli Məclisdə də müzakirə mövzusuna çevrilən deputat-yol polisi "qarşıdurması” öz həllini tapıb. Avtosfer.az xəbər verir ki, bu haqda modern.az saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, millət vəkillərinin etirazlarından sonra yol polisləri daha heç bir halda onların əyləşdiyi dövlət seriyalı nömrə nişanı olan avtomobilləri saxlamır, saxlasa belə, əlavə sual vermədən yola salırlar. Bir müddət əvvəl deputat-yol polisi "qarşıdurması” Milli Məclisin iclasında müzakirəyə çıxarılmış, millət vəkilləri yol polisi tərəfindən qarşılaşdıqları kobudluqlardan dolayı Daxili İşlər Nazirliyinin parlamentdə olan nümayəndəsindən cavab tələb etmişdilər. Bu problem qaldırılarkən hətta deputat Eldar İbrahimov yol polislərini millət vəkillərinin avtomobilinin seriyasını tanımamaqda ittiham etmişdi.
Artıq belə məlum olur ki, həmin etirazlardan sonra bütün yol polisləri təlimatlandırılıb və heç bir halda millət vəkillərinin avtomobillərini saxlamır, saxlasalar belə, maşının kimə məxsus olduğunu bilən kimi dərhal sağollaşırlar.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












