DİN-in polkovniki işçisi olan baş leytenantı - DÖYDÜ

Bakıda Daxili İşlər Nazirliyinin bölmə rəislərindən biri öz otağında əməliyyat müvəkkilini döyüb. Avtosfer.az xəbər verir ki, bu barədə “qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı 1989-cu il təvəllüdlü Səməd Düsturov rəisin onu döyməsi haqda raport yazıb.
O bildirib ki, bölmə rəisi onu öz xidməti otağında müavini ilə birlikdə döyüb. Hadisə noyabrın 26-da saat 00:30 radələrində 25-ci Polis Bölməsində baş verib. S.Düsturov xidmət etdiyi Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı 1968-ci il təvəllüdlü Rafael Albabayev və müavini olan polis mayoru 1967-ci il təvəllüdlü Şakir Rüstəmov tərəfindən döyülüb. Hadisəni nəticəsində baş leytenant S.Düsturov xəsarət alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasında tibbi yardım aldıqdan sonra buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Nizami RPİ-dən "Qafqazinfo"ya məlumat təsdiqlənib. Bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır. Hələ ki, cinayət işi açılmayıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












