DİQQƏT: Yol polisi hava ilə bağlı xəbərdarlıq edir

Bu gün səhər Bakıda maddi ziyanla nəticələnən 9 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov anspress-ə məlumat verib. Yol polisi paytaxt yolarında havanın çiskinli, yağışlı olması səbəbində sürücülərə müraciət edib. Onun sözlərinə görə, havanın dumanlı olması səbəbindən paytaxtın bəzi ərazilərində avtomobillərin hərəkətində çətinliklər yaranıb. “Yasamal, Əhmədli, Qaradağ, “20 yanvar”, Günəşli və digər hündür ərazilərdə avtomobillərin hərəkəti üçün yollar təhlükəlidir. Bu səbəbdən sürücülər son dərəcə ehtiyatlı olmalıdırlar. Sürücülər ilk növbədə tərkibində rezin məmulatının faizi yüksək olan mövsümi təkərlərdən istifadə etməlidirlər: “Belə hava şəraitində sürücülər avtomobilin texniki cəhətdən saz olmasına, xüsusilə şüşəsilənin işləməsinə, işıq cihazlarından düzgün istifadə olunmasına diqqəti artırmalıdırlar”, - deyə Vaqif Əsədov bildirib. Bölmə rəisi bir daha xəbərdarlıq edib ki, paytaxt sürücüləri xüsusilə əsas prospektlərdə, şosselərdə, o cümlədən Aeroport şossesində avtomobili sürətlə idarə etməkdən çəkinməli, əhalinin olduğu yerlərdən keçərkən elə sürət həddi seçməlidirlər ki, çirkli yağış suları ilə ətrafdakıların üst-başını çirkləndirməsinlər. “Piyadaların üst-başını su ilə isladan sürücülər yol polisi tərəfindən cəzalandırılacaq”, - deyə Vaqif Əsdov bildirib.
Yol polisi əlavə edib ki, sürücülər sürət həddinə diqqət yetirməlidirlər: “Yağışlı və çiskinli hava şəraitində sürücülər sürət həddinə, yol və meteoroloji şəraitə lazımınca diqqət yetirməlidirlər. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin nəzərinə çatdırır ki, yağışlı hava şəraiti avtomobilin asfalt yol üzərində sürüşməsinə, əyləc basıldığı zaman istər-istəməz avtomobilin müvazinətinin itirilməsinə və tormoz məsafəsinin uzanmasına səbəb olur”.
Vaqif Əsədov həmçinin vurğulayıb ki, vətəndaşlar mümkün qədər şəxsi avtomobillərdən az istifadə etsinlər. İmkanları olanlar ictimai nəqliyyatdan istifadə etsələr dah yaxşı olar.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












