DYP-dən açıqlama: «Radara düşən sürücünü yol polisi saxlaya bilməz»

DYP əməkdaşlarının Bakı-Astara magistral yolunda sürət həddini aşan sürücüləri cərimələmək üçün maraqlı mövqe seçdiyi haqqında xəbər vermişdik. Sürücülərin verdiyi məlumata görə, yol polisləri Salyanda dövlət təbiət qoruğunun ərazisində səngər qazaraq gizlənirlər. Məsələyə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev münasibət bildirib. O, “Qafqazinfo”ya açıqlamasında yol polisinin qeyd olunan ərazidə xidmət etməsində qanuna zidd heç bir hərəkətin olmadığını deyib. Kamran Əliyev eyni zamanda yol polisinin maşını həmin ərazidə yox, bir qədər yuxarı hissədə saxlamalı olduğunu da vurğulayıb.
DYP rəsmisinin sözlərinə görə, yol polisinin traslarda xidmət həyata keçirməsi hər hansı bir sürücüyə qarşı neqativ mənaya gətirib çıxarmamalıdır: “İndiki qanunvericiliyə görə, radara düşən sürücünü yol polisi saxlaya bilməz. Sürücü radara düşürsə, ona elektron formada protokol tərtib olunur. Buna görə də mətbuatda yayılan görüntüdə yol polisinin bu addımını başqa yerə yozmaq məntiqli deyil”.
Kamran Əliyev bildirib ki, bu, qəzaların sayını minimuma endirmək üçün həyata keçirilən xidmətlərdən biridir: “Bildiyimiz kimi, ağır qəzaların böyük hissəsi sürət həddinin aşılmasına görə baş verir. Yol polisinin də məqsədi yalnız sərnişinlər və sürücülərin təhlükəsizliyini təmin etməkdir”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














