DYP-dən bağlı yolda piyadaların cərimələnməsinə münasibət – VİDEO

Kütləvi informsiya vasitələrində Bakının mərkəzi küçələrində yol bağlı ola-ola polisin vətəndaşları piyada keçidindən istifadə etmədikləri üçün cərimə etməsi videosu yayılıb. Hadisə “Nizami” kinoteatrının qarşısındakı yolda baş verib. Yol bütün istiqamətlərdə bağlı olduğundan və təbii olaraq, nəqliyyatın həmin ərazidə hərəkəti dayandırıldığından yol polisi piyada keçidinin yanında duraraq insanları keçiddən istifadə etmədiyinə görə cərimələyir.
Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirdi ki, yolda təmir işləri getsə belə əgər piyada keçidi varsa, piyadalar keçiddən keçməlidirlər, əks halda onlar cərimələnəcək.
Kamran Əliyevin sözlərinə görə, fərqi yoxdur orada yol bağlıdır, ya da bağlı deyil, vətəndaşlar bilməlidir ki, qanun hamı üçün eynidir.
Bir sözlə piyada istənilən anda diqqəti yola kökləməlidir. Keçid varsa, işini möhkəm tutmalıdır, əks halda 20 AZN cəriməni göz önünə almalı olacaq.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












