DYP-dən gülməli radar fotosu; «UZİ» cavabına oxşayır

«Mitsubishi-Pajero» markalı, 10 PH 739 dövlət nömrə nişanlı avtomobilin sahibinə DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən göndərilən sürət həddinin aşılması və digər inzibati xətaya aid məktublara əlavə olunan fotolar avtomobil sahibini sözün əsl mənasında şoka salıb. Adının çəkilməsini istəməyən sürücü Avtosfer.az-a bildirib ki, ona göndərilən 4 MMX (Mərkəzi-Məlumat Xidməti) məktublarda 4 foto əlavə olunub. Lakin bu fotoların ikisində avtomobilin təsviri güclə də olsa seçilir. Digər iki fotoda isə elə qəribə şeylər görsənir ki, sürücü əvvəlcə başqa fikirdə olub: «Sözün düzü, fotolardan ikisində heç bir normal təsvir yoxdur. Diqqətlə baxdıqda, hamilə qadınların «UZİ» (USM-red)» müayinəsinin cavabına oxşayır. Təsvirlərə diqqətlə baxdıqda isə həqiqətən də uşaq təsviri var. Əvvəlcə məni gülmək tutdu. Elə bildim, kimsə mənimlə zarafat edir. Lakin sonra bir daha əmin oldum ki, bu məktublar Baş Dövlət Yol Polisi İdarəsindən göndərilib. Amma mən hələ də aydınlaşdıra bilməmişəm ki, fotodakı təsvir nədir. Qeyri-müəyyən təsvirə görə mən cərimə ödəməliyəmmi? Kim sübut edə bilər ki, bu, natamam təsvir mənim maşınıma aiddir? Məncə, bu fotolar sübut sayıla bilməz. Radar göndərsələr dəərd yarıdır, «UZI»-nin cavablarıni göndəriblər. Konkret görüntü olmadan bunu mənə niyə göndəriblər?».
Sürücü bildirir ki, onun avtomobili lizinqdədir. Ona görə də, DYP-dən MMX və digər bildirişlər birbaşa onun özünə yox, lizinq şirkətinə göndərilir. Sürücü də həmin məlumatları lizinq şirkətindən alır: «Yolda bir-iki dəfə YPX əməkdasşları mənə demişdilər ki, MMX-nız var. Oktyabrın 14-də gedib protokollarla tanış olmaq istədim. Lizinq şirkətinin əməkdaşları bu MMX-ları çıxarıb mənə təqdim elədilər. Lizinqdəkilər də bu fotoları görəndə şokda idilər. Dedilər, tam ixtiyarınız var ki, bu görüntülərdən ya imtina edəsiniz, ya da məhkəməyə müraciət edəsiniz. Çünki iki protokoldakı şəkillərdə heç nə başa düşmək mümkün deyil. Nəinki avtomobilin nömrəsi aydın düşməyib, ümumiyyətlə, şəkildəkinin nə olduğu anlaşılmır».
Məsələ ilə bağlı Avtosfer.az yol hərəkəti üzrə ekspert Ərşad Hüseynova müraciət edib. Onun sözlərinə görə, həmin şəkillər həqinətən də biabırçı vəziyyətdədir: «Sübut bu göndərilənlər deyil. Qanuna görə, sübutun, yəni fotonun surəti vətəndaşa göndərilir, əsli isə DYP-də qalır. Amma göndərilən surət də normal olmalıdır ki, vətəndaş onu başa düşsün. Belə halda vətəndaş DYP-yə müraciət etməlidir ki, ona bu sübutun özünü normal vəziyyətdə göstərsinlər və ya həmin sübutun normal surətini təkrar versinlər. İşdir, DYP-dəki sübutun özü də belə vəziyyətdə olarsa, bu, etibarsız sayılmalı və onun əsasında qərar çıxarılmamalıdır».
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















