DYP-dən “Oyunlar zolağı”na daxil olan sürücülərlə bağlı açıqlama

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”na daxil olan sürücülərə hansı cəza verilməsinə dair açıqlama verib. Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Kamran Əliyev oxu.az-a bildirib ki, Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı” tam çəkildikdən sonra və ərazidə müvafiq yol nişanları qoyulduqdan sonra sürücülərə göstəriş veriləcək.
Kamran Əliyevin sözlərinə görə, hazırda sürücülər “Oyunlar zolağı”nda sərbəst hərəkət edə bilərlər: “Hazırda “Oyunlar zolağı”nda hərəkət edən sürücülər üçün heç bir cəza nəzərdə tutulmayıb. “Oyunlar zolağı”nda sürücülərin hərəkətinə qadağanedici heç bir nişan quraşdırılmayıb. Xüsusi zolaq tam çəkildikdən sonra, orda müvafiq yol nişanları quraşdırılacaq və sürücülərə göstəriş veriləcək”.
DYP rəsmisi qeyd edib ki, “Oyunlar zolağı” ətrafında müvafiq nişanlar quraşdırıldıqdan sonra ictimaiyyətə bu haqda geniş məlumat veriləcək.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












