DYP-dən «qanunsuz radar» açıqlaması

«Azərbacanda Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Sisteminə inteqrasiya olunmayan radar yoxdur. Radarların hamısı bu ilin iyunundan etibarən sistemə inteqrasiya olunub». Bu barədə Avtosfer.az saytına Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, may ayında Milli Məclis İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər etdikdən sonra komissiya yaradılıb, iyundan etibarən bütün radarlara baxış keçirilib və onların hamısı Mərkəzi Məlumat Sisteminə inteqrasiya olunub: «Qanunsuz radarlarla bağlı yayılan məlumatla əlaqədar bildirirəm ki, may ayından etibarən foto və video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrlə qeydə alınan qayda pozuntularına görə yol polislərinə sürücünü saxlamaq qadağan edilib. Yəni, sürücü yolda sürət həddini aşıbsa və bu qayda pozuntusu foto və video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrlə qeydə alınıbsa, yol polisi həmin sürücünü saxlaya bilməz. Çünki bu halda sürücüyə törətdiyi xətaya uyğun olaraq dərhal elektron protokol tərtib olunur və qeydiyyatda olduğu ünvana göndərilir».
Kamran Əliyev bildirib ki, DYP avtomobillərində quraşdırılmış və səyyar üçayaqlı radarların da hamısı qanuni fəaliyyət göstərir, onlar birbaşa sistemə inteqrasiya olunub: «Əgər hər hansı sürücünü yol polisi saxlayıb radara düşməsi barədə cərimə yazırsa və ya digər neqativ hallara yol verirsə, bu barədə bizə məlumat verilsin, araşdırıb tədbir görərik. Postlarda sürücülərin saxlanılıb otağa dəvət edilməsi, onlara radara düşmələri barədə hansısa materialın təqdim olunması düzgün deyil. Ola bilsin ki, sürücülər özləri sürət həddini aşdığını bildiyi üçün postda dayanıb bunu yoxlatdırırlar. Yol polisi foto və video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş qayda pozuntularına görə sürücüləri may ayına qədər saxlayırdılar, bu, mümkündür. Amma maydan sonra ola bilməz. Bundan narazılığı olanlar yol polisinin 902 xidmətinə müraciət edə bilərlər».
Kamran Əliyev Ceyranbatan qəsəbəsində piyada keçidində piyadaya yol verməyən sürücülərin Saray postunda saxlanılmasına da münasibət bildirib. Bunun mümkünsüz olduğunu deyən şöbə rəisi əlavə edib ki, artıq postda xidmət edən yol polisləri foto və video qeydiyyat funksiyasına malik texniki vasitələr tərəfindən qeydə alınan qayda pozuntularına görə bilmirlər: «Ona görə də, onların sürücünü saxlaması, onlara hansısa görüntü təqdim etməsi barədə deyilənlər doğru deyil».
Elməddin
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO
Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi
DİN-də 4134 qadın əməkdaş xidmət edir - İsmət Əliyev










