DYP-dən sürücülərə ciddi xəbərdarlıq: Kamera gecə-gündüz çəkir

Azərbaycanın yol polisi qarşı hərəkət zolağına çıxmaqla nəqliyyatın sərbəst hərəkətinə mane olan, yolayrıclarında digər hərəkət iştirakçılarına qəza şəraiti yaradan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən intizamsız sürücülərlə mübarizənin daha effektli olması üçün onların törətdikləri əməllərinin ictimailəşdiriləcəyi barədə xəbərdarlıq edib. Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Trend-ə deyib ki, son vaxtlar qarşı hərəkət zolağına çıxmaqla nəqliyyatın sərbəst hərəkətinə mane olan, yolayrıclarında digər hərəkət iştirakçılarına qəza şəraiti yaradan sürücülərə tez-tez rast gəlinir: "Görünür, bəzi intzamsız sürücülər elə düşünürlər ki, yol polisi əməkdaşlarının diqqəti yalnız ölkəmizdə keçirilən ilk Avropa Oyunları ərəfəsində nəqliyyatın hərəkətinin tənzimlənməsinə və tədbir iştirakçılarının təhlükəsizliyinin təmin olunmasına yönəlib. Lakin bu cür fikirləşənlər yanılırlar. Çünki tədbirlə əlaqədar yoldakı əməkdaşın qaydaları pozmuş sürücünü cəzalandırması bəzi vaxtlarda mümkün olmasa da, müşahidə kameralarının qeydə aldığı görüntülərə monitorlar vasitəsi ilə nəzarət edən əməkdaşlar bunu nəzərdən qaçırmırlar və təkcə bu ilin əvvəlindən 8900-dək, iyunun 1-dən bu günədək isə 600 sürücü qarşı hərəkət zolağına çıxdığına görə məsuliyyətə cəlb edilib".
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri intizamlı olmağa, xəta törətməklə digər hərəkət iştirakçılarına təhlükə yaratmamağa, eləcə də şəhərimizdə coxsaylı xarici qonaqların olduğu bir dövrdə cəmiyyətə qarşı hörmətsiz yanaşmamağa çağırıb: "Belə çağırışlara məhəl qoymayan, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən sürücülərə qarşı qanunvericiliyin tələblərinə uyğun ciddi tədbirlər görüləcək və həmin şəxslərin kimliyi və törətdikləri əməllər barədə məlumatlar ictimaiyyətə təqdim olunacaq".
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












