DYP-dən yolda camaatı aldadan sürücü ilə bağlı açıqlama

Ölkədə insanları aldatmağın yeni formasını tapıblar. Sosial şəbəkələrdə yayılan məlumata görə, dilənçilərdən fərqli olaraq normal geyimdə olan və maşın sürən şəxs yolda digər sürücünü saxlayır və ondan müxtəlif bəhanələrlə pul almaq istəyir. Dələduzluqla məşğul olan həmin şəxs saxlatdığı sürücülərə pirə gedərkən yolda qaldığını, benzinin bitdiyini, maşının xarab olduğunu və bu cür başqa bəhanələr gətirərək, 10-20 manat arası pul istəyir. Dələduz bu cür hərəkətlərlə insanların inanclarından istufadə edərək, sadə vətəndaşları aldadıb, asan yolla qazanmağa cəhd göstərir. Artıq bir neçə gündür sosial şəbəkələrdə məsələ ciddi müzakirə olunur. Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Mmdern.az-a açıqlamasında bildirib ki, dələduzluqla bağlı məsələlər aidiyyəti üzrə həll olunur və bu kimi hadisələrin təkrar olunmaması üçün təbliğat aparılmalıdır.
“Hər deyilənə aldanmaq lazım deyil. Aldatma yolu ilə vətəndaşların mülklərini əldə etmək istəyənlər var. Bəzən təbliğat yolu ilə insanları başa salmaq mümkündür və indi kimsə kimisə aldadırsa, bunun əvvəl-axır üstü açılır, aidiyyəti qurumlar üzrə tədbirlər görülür”.
Bu günə kimi belə faktların açılmamasını V.Əsədov həmin şəxslər barəsində şikayət edilməməsilə əlaqələndirib. “Yolun kənarında vətəndaş aldadıcı formada özünü göstərib 3-5 manat pul istəyir. İmkanı olan şəxs də verir, sonra da gedib şikayət etmir ki, filan sürücü məndən pul istədi. Vətəndaşın xahişi əsasında bir nəfər digərinə kömək edirsə, bunu dilə gətirmir. İndi dediyiniz sürücü bir səhnə yaradıb xahiş edirsə ki, “mənə kömək et”, imkanı olan şəxs də yardım göstərir, amma heç ağlına da gətirmir ki, onu aldadırlar”.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












