DYP əməkdaşlarının “işverən” köməkçiləri – DİQQƏTLİ OLUN

Editor.az-ın elektron ünvanına Astara rayon Dövlət Yol Polisi İdarəsinin fəaliyyəti ilə bağlı maraqlı müraciət daxil olub. Əli Babayev adlı sürücü bildirir ki, bir müddət öncə qohumunu müalicə məqsədilə İrana yola salmaq üçün Astaraya üz tutub. Qohumunu yola salıb, geri qayıdanda isə nahar etmək üçün kafelərdən birində oturub: “Kafenin müdiri mənə yaxınlaşıb, “Xoş gəmisiniz, həmişə siz gələsiniz, nə qulluq edək” deyib, məndən nə sifariş etdiyimi soruşdu. Sifarişi verdikdən sonra “qəşəng pivəmiz var, bəlkə içəsiniz” deyə, təklif etdi. Mən ona sükan arxasında olduğumu xatırlatdıqda, bura şəhər deyil, rayondur deyib, təklifində israr etdi. Razılaşmadım. Yanımda oturan sürücü isə kafe müdirinin sözlərinə aldanıb, iki bakal pivə içdi. Qonşudakı sürücü məndən beş dəqiqə öncə kafeni tərk etdi. Mən isə onun ardınca çıxdım. Heç bir kilometr getmişdim ki, gördüm həmin sürücünü saxlayıblar. Məndə maşını saxladım. Onu içkili vəziyyətdə avtomobili idarə etdiyinə görə, saxlayıblarmış. Sən demə kafenin sahibi DYP əməkdaşlarına “işverənlik” edirmiş. Bələd olmayan müştəriləri içirdir, ardınca onları “tora salırmış””.
Şikayətçi deyir ki, içkili maşın sürmək sürücünün öz həyatı üçün təhlükəlidir. Yol Polisi də bunun qarşısını almaq üçün sürücüyə qarşı tədbir görməlidir: “Amma özü əlbir olub, sürücünü aldatmaq və sonra ondan pul almaq, bu nə qanuna, nə də insanlığa sığmır”.
Editor.az məsələyə Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, polkovnik Kamran Əliyevin münasibətini öyrənmək istəsə də, onunla əlaqə yarada bilməyib.
Avtosfer.az-ın əlavəsi: Əslində, bu, bir tərəfdən yaxşı haldır. Yol polisi bu və digər halda spirtli içki qəbul edən sürücünü aşkar edir. Belə də, ağlı olan sürücü içib yola çıxmaz. Necə ki, Əli Babayev içməyib və onu saxlamayıblar...
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












