DYP kimlərə hörmət edir? AÇIQALAMA

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi (BŞDYPİ) sükan arxasında qayda pozuntusuna yol verən bəzi vəzifəli şəxslərin, yaxud onların qohumlarının guya məsuliyyətə cəlb edilməməsi ilə bağlı xəbərlərə münasibət bildirib. Avtosfer.az-ın məlumatına görə, BŞDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov "Report"a açıqlamasında bildirib ki, sükan arxasında kimliyindən asılı olmayaraq qayda pozan və ya sərxoş sürücü aşkarlanırsa, birmənalı məsuliyyətə cəlb olunur: "Bakı şəhərində bu ilin əvvəlindən bu günə 7 minə yaxın sərxoş sürücü aşkar edilərək məsuliyyətə cəlb edilibsə, bu, o deməkdir ki, hər hansı bir vəzifə sahibi olsa belə sərxoş vəziyyətdə sükan arxasında olması aşkarlanırsa məsuliyyətə cəlb olunur. Yəni, bu gün hər hansı bir vəzifə sahibi olmasından asılı olmayaraq, sürücü qayda pozuntusuna yol verirsə, məsuliyyətə cəlb edilməlidir. Yol polisinin tanınmış şəxslərə, müğənnilərə, səhnə ustalarına "hörmətlə yanaşır" ifadəsini yaxşı əlamət kimi qəbul edirəm. Əslində, yol polisi nəinki tanınan şəxslərə, nəinki sənətçilərə bütövlükdə hər kəsə humanistcəsinə yanaşır, hər kəsə bilik və bacarığından istifadə edərək yardım etməyə çalışır. Eyni zamanda, təhlükəsizliyi təmin etmək istiqamətində səlahiyyəti çərçivəsində müəyyən tədbirləri həyata keçirməyə məcburdur ki, bu da sonda hər hansı bir cərimənin ödənilməsi deməkdir. Cəriməni ödəməyən vətəndaş tərəfindən bəhanələr də irəli sürülür. Bu bəhanələr isə vətəndaşları məsuliyyətdən azad edə bilməz. Sükan arxasında kimliyindən asılı olmayaraq sürücü yol hərəkəti qaydasını pozursa, məsuliyyətə cəlb edilməlidir. İnzibati xəta törədən hər bir hərəkət iştirakçısı dilindən, dinindən, irqindən, mövqeyindən, mənsubiyyətindən, vəzifəsindən asılı olmayaraq məsuliyyətə cəlb olunmalıdır. Bu gün Dövlət Yol Polis əməkdaşları kimliyindən asılı olmayaraq törədilən xətalara görə, həmin vətəndaşları məsuliyyətə cəlb edir".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












