DYP: «Məktəbə bir uşağın arxasınca 4-5 maşın gəlməsin»

Sabah yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq Bakı polisi gücləndirilmiş iş rejiminə keçib. Bütün məktəblərin ətrafı polis tərəfindən təhlükəsizlik tədbirləri ilə əlaqədar nəzarətə götürülüb. Yollarda da təhlükəsizliyin təmin olunması məqsədilə yol polisi gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə Avtosfer.az-a məlumat verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirdi ki, bu gündən etibarən bütün məktəblərin yaxınlığına yol polisi naryadları təhkim olunub. Başlıca məqsəd məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyini təmin etməkdir: «15 sentyabrda yollarda sıxlığın yaranmaması, hərəkətin normal qaydada təşkili məqsədilə əməkdaşlarımız gücləndirilmiş rejimdə çalışacaqlar. Məqsəd odur ki, məktəblərin ətrafında sıxlıq yaranmasın. Son illərin təcrübəsi göstərir ki, bəzi valideynlər övladlarını məktəbə gətirərkən avtomobili məktəbin qarşısında saxlamağa çalışır. Bir neçə belə valideynnin səhvi ucbatından saatlarla tıxac yaranır, sıxlıq yaşanır. Təcrübədən bilirik ki, bir uşağın arxasınca məktəbə 4-5 maşın gəlir. Gül balamızın valideynlərindən əlavə, əmisi, dayısı, xalası, bibisi də məktəbə gəlir. Özü də hərəsi öz maşını ilə gəlib məktəbin ətrafında sıxlıq yaradırlar. Artıq bu gün apardığımız müşahidələr göstərir ki, bəziləri maşınları indidən bəzəyib sabaha hazırlaşırlar. Yol polisi bütün məktəblərin ətrafında xidmət aparacaq və sıxlıq yaradan sürücülər barəsində tədbir görüləcək».
Baş Dövlət Yol Polisi İdarəsi də yeni dərs ilinin başlaması və şəhərdə gözlənilən nəqliyyat sıxlığı ilə bağlı sürücülərə müraciət edib. İdarənin şöbə rəisi Kamran Əliyev lent.az-a bildirib ki, sentyabrın 15-də Bakıda nəqliyyat sıxlığının yaranacağı gözlənilir: "Bunun qarşısını almaq üçün əvvəlcədən şəhərə gəlmək istəyən rayon qeydiyyatlı nəqliyyat vasitələri ilə bağlı tədbirlər görüldü və artıq şəhərin hər iki girişində bu avtomobillər üçün pulsuz duracaqlar yaradılıb. Vətəndaşlar həmin duracaqlarda avtomobillərini saxlayaraq ictimai nəqliyyat vasitəsi ilə mərkəzə gələ bilərlər. Eləcə də şəhər sakinlərindən xahişimiz odur ki, fərdi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər, dayanma-durma işarəsinin təsir dairəsində avtomobil saxlamasınlar. Həm də yolun ikinci cərgəsində maşını saxlayaraq digər nəqliyyat vasitələrinin hərəkətini iflic etməsinlər".
K.Əliyev əlavə edib ki, valideynlər sürücülük mədəniyyətləri ilə övladlarına müsbət nümunə olmağa çalışmalıdır və onların gələcəkdə yol mədəniyyətinə sahiblənməsinə yardımçı olmalıdırlar: "Həm də kiçik yaşlı məktəblilər diqqətdə saxlanmalıdır, onların yolun hərəkət hissəsinə çıxması, nəzarətsiz qalmaları ağır fəsadlara yol aça bilər".
Elməddin
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi
DİN-də 4134 qadın əməkdaş xidmət edir - İsmət Əliyev
Qubada polis profilaktik tədbir keçirib - FOTO
Lizinq şirkətinə məxsus avtomobillə yolu kəsən sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərə cərimələrlə bağlı SAXTA BİLDİRİŞ GƏLİR - Kartdan pul oğurlanır - DİQQƏT - FOTO
Vilayət Eyvazov bu tarixdə vətəndəş qəbulu və sıra baxışı keçirəcək - FOTO
Bakıda "BYD"nin piyada keçidində ölümlə nəticələnən qəzasının ANBAAN GÖRÜNTÜSÜ
Mopedi olanların nəzərinə! - Yeni tələblər qüvvəyə minir
Polis Bakıda halı pisləşən vətəndaşa yardım etdi - VİDEO
Vilayət Eyvazovun Yevlaxda vətəndaş qəbulu və sıra baxışı təxirə salındı










