DYP narkoman sürücüləri bu aparatlarla aşkarlayır – İLK VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar keçirilən kütləvi reydlərdə narkotesterdən də istifadə etməyə başlayıb. Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi, polkovnik Ərəstun Məcidov Avtosfer.az-a bildirib ki, son vaxtlar narkotik və psixotrop maddələrin təsiri altında sükan arxasına əyləşən sürücülərin sayı çoxalıb. Bunu yerindəcə müəyyən etmək üçün artıq DYP narkotester aparatından istifadəyə başlayıb. Aparatın üstünlüyü ondadır ki, tibbi müayinə zamanı sürücünün narkotik maddədən istifadə edib-etmədiyini müəyyənləşdirmək saatlarla vaxt apardığı halda, indi bir neçə dəqiqəyə cavab tapmaq mümkündür. Yol polisi iki növ narkotester cihazından istifadə edir. Onlardan birincisi bir qədər böyük cihazdır və 7 narkotik və psixotrop maddə üzrə müayinənin nəticəsini 10 dəqiqə ərzində göstərə bilir. Müayinə zamanı sürücü əldə tutulan kiçik qurğunu ağzında sıxır, onun ağız suyundan müayinə götürülür. Kiçik qabın tərkibində mikroçip olduğu üçün hətta narkotik maddənin adını da müəyyən edir. Bu aparat kokain, metadon, amfetamin, kanabis və başqa narkotik və psixotrop maddələri yoxlamaq gücünə malikdir. İynə vuran, narkotik maddəni qəbul edən, hansısa dərmanla qarışdırıb içən sürücüləri aşkarlamaq bu aparatlar vasitəsilə cəmi 10 dəqiqə ərzində mümkündür.
Ərəstun Məcidov bildirib ki, bu aparatlardan bütün ölkə üzrə istifadə olunur. Lakin məsələ burasındadır ki, reyd zamanı bir-iki sürücü bu aparat vasitəsilə müayinə olunandan sonra dərhal dost-tanışlarına məlumat verirlər və bununla da narkotik istifadəçisi olan sürücülər qaçıb gizlənə bilirlər. Buna görə də, Ə.Məcidov hesab edir ki, bu cür kütləvi reydlərin davamlı olmasında fayda var.
Elməddin
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO














