Banner

DYP-nin bu fəaliyyətini yalnız alqışlamaq lazımdır

Yol polisi 23 Fevral 2015 07:52 Oxunub 3159
DYP-nin bu fəaliyyətini yalnız alqışlamaq lazımdır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: «Avtoxuliqanların sayı tək-tək olsa da, onlar öz intizamsızlıqları ilə pis nümunə göstərirlər»

Bu günlərdə yol hərəkəti qaydalarını kobud şəkildə pozan bir qrup şəxsin müxtəlif müddətlərə həbs edilməsi ilə bağlı məlumat ictimai marağa səbəb olub. Avtoxuliqanlıq etməyə, sərxoş vəziyyətdə qayda pozmağa  görə ayrı-ayrı şəxslərin inzibati qaydada həbs edilməsi barədə  məlumatlar əvvəllər də eşidilirdi.  Amma bu  dəfə qısa müddətə xeyli sayda şəxsin həbs edilməsi doğrudan da ictimai maraq doğura bilən hadisədir. Buna münasibət bildirmək üçün Avtosfer.az saytı hüquqşünas Ərşad Hüseynova müraciət edib. Saytımıza açıqlama verən Ə.Hüseynov belə yanaşmanın gözlənilən olduğunu söylədi. Onun fikrincə, son dövrlər ayrı-ayrı şəxslərin ictimai qaydaya, digər hərəkət iştirakçılarına açıqca  hörmətsizlik edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair məlumatlar tez-tez eşidilməkdədi:  «Bunun qarşısını almaq üçün DYP-nin qəti addımlar atmasını hər kəs istəyir. Hamı gözəl bilir ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında ən səmərəli vasitələrdən biri təhlükəsizliyə ciddi nəzarətdir. Belə nəzarətin əsas təyinatı cəmiyyəti ayri-ayrı intizamsız insanların yaratdığı təhlükələrdən qorumaqdır. Ona görə də DYP-nin bu fəaliyyətini yalnız alqışlamaq lazımdır. Belə davranışa yol verən şəxslərin sayı tək-tək olsa da, onlar öz intizamsızlıqları ilə pis nümunə göstərirlər. Həmin şəxslərin qanun qarşısında cavab verməyə məcbur edilməsi belə davranışa  meylli digər şəxsləri də çəkkindirmənin ən yaxşı üsuludur».

Həmin şəxslərin siyahısını diqqətlə nəzərdən keçirdiyini deyən hüquqşünas bu tipli şəxslərə səslənərək, onların öz gənclik enerjilərini ictimai faydalı işlərə sərf etmələrini məsləhət gördü. “Baxın, onların demək olar ki, hamısı gənclərdir. Bu insanların hansı səbəbdən müvəqqəti saxlama kamerasına gəlib düşdüklərini anlamaqda çətinlik çəkirəm. Axı belə davranış onların hansı ehiyacını qarşılamağa yönəlib? Belə həyat tərzi ilə nəyə nail olmaq olar? Məncə, yalnız bircə şeyə: ictimai qınağa və sonda bu tipli cəzalara. Bu şəxslər yəqin ki, inzibati həbsə qədər dəfələrlə cərimə ödəməli olublar. Bu həbs onlara son siqnal olmalıdır, çünki belə intizamsızlığın növbəti mərhələsi yol qəzasında ölmək və ya kimisə öldürərək bir neçə günlüyə yox, uzun müddətə azadlığını itirməkdir».

Ərşad Hüseynovun fikrincə, bu hadisə həm də onu göstərir ki, DYP belə hallarla mübarizədə israrlıdır: «İstərdim ki, özünü “avtoş” sayan və belə davranışa meylli şəxslər bunu da nəzərə alsınlar. Necə deyərlər, intizamsızlıq dairəsi daralır, ona görə də yaxşısı budur ki, normal işlə məşğul olsunlar, cəmiyyətə və özlərinə hörmət etsinlər».

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh