DYP rəisi işdən çıxarılmasının səbəbini açıqladı: «Ciddi nöqsana yol vermişəm»

Son günlər bəzi kütləvi informasiya vasitələrində bir neçə yol polisinin haqsız olaraq vəzifəsindən çıxarılması barədə yazılar yer alır. Bu sırada Şamaxı RPŞ Dövlət Yol Polisi bölməsinin sabiq rəisi Mübariz Fətəliyevin də adı hallanır. Bununla bağlı trend-in sorğusunu cavablandıran M.Fətəliyev bildirib ki, mətbuatda yer alan belə məlumatların heç bir əsası yoxdur və onun işdən azad edilməsinin səbəbi yol verdiyi nöqsanlarla bağlıdır. M.Fətəliyev deyib ki, onun vəzifədən çıxarılması barədə haqlı qərar verilib: “Mən 1990-cı ildən daxili işlər orqanlarında işləyirəm, 2000-ci ildən də polis zabitiyəm. Son 6-7 ildə 3 rayonda yol polisi bölməsinin rəisi olmuşam. Bu həqiqətə uyğun olmayan yazıları kim verirsə, xahiş edirəm ki, buna son qoyulsun. Həqiqətən də mən işimdə ciddi nöqsanlara yol vermişəm, bu barədə dəfələrlə edilmiş xəbərdarlıqdan nəticə çıxarmamışam. Məhz buna görə daxili işlər naziri cənab Ramil Usubovun əmri ilə tutduğum vəzifədən azad edilmişəm və sərəncama götürülmüşəm. Eyni zamanda, mənimlə bərabər sürücülərlə kobud rəftara görə bölmənin bir neçə əməkdaşı da tutduqları vəzifələrdən uzaqlaşdırılıb və post-patrul xidmətinə keçirilib. Fürsətdən istifadə edərək bir daha xahiş edirəm ki, bəzi jurnalistlər bizi öz çirkin niyyətlərinə alət etməsinlər və lüzumsuz yerə adımızı hallandırmasınlar. Əks təqdirdə, məhkəməyə müraciət etməli olacağıq".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












