DYP sərt tədbirlərə başladı – 500 həbs

Bu ilin əvvəlindən Bakı şəhərində 494 avtoxuliqan həbs olunub. Avtosfer.az xəbər verir ki, bunu trend-ə açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, avtoxuliqanlar barəsində tərtib edilmiş inzibati protokollar məhkəmələrə göndərilib və onlar haqqında həbs qərarı verilib. Ötən illə müqayisədə 2015-ci ildə avtoxuliqanlıq edənlərin sayında azalma olduğunu qeyd edən V.Əsədov bildirib ki, buna yol polisləri tərəfindən keçirilən təxirəsalınmaz reydlərin nəticəsində nail olunub: “Əməkdaşlarımız avtoxuliqanlara qarşı qanunvericilikdə nəzərdə tutulan və seçilmiş təsirli tədbirlər həyata keçirir. Təbii ki, məhz yol polisi əməkdaşlarının həyata keçirdiyi tədbirlər sayəsində Bakı şəhərində avtoxuliqanlıq edənlərin sayında xeyli azalma müşahidə edirik. Qeyd edim ki, bu reydlər tərəfimizdən daim aparılır və bunu dayandırmaq fikirimiz yoxdur”.
Qeyd edək ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, avtoxuliqanlıq inzibati xəta hesab olunur və bu xətaya görə, avtoxuliqanlıq edən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla 400 manatdan 600 manatadək miqdarda cərimə edilir. Yaxud nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla həmin şəxsə on günədək inzibati həbs tətbiq olunur.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












