DYP sərxoş polis polkovnikini saxladı

Bakıda rəis müavini sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polislər tərəfindən saxlanılıb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl Bakı-Quba yolunda qeydə alınıb. Belə ki, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin (PB) rəis müavini polis polkovnik-leytenantı Şərifov Rafiq Vaqif oğlunun idarə etdiyi 90-BZ-455 dövlət qeydiyyat nişanlı "Land Rover" markalı avtomobillə kobud qayda pozuntusuna yol verdiyi üçün yol polisləri ona "Saxla!" əmri verib. Lakin rəis müavini yol polislərinə tabesizlik göstərərək maşını saxlamayıb. Saray qəsəbəsi ərazisindəki postda isə R.Şərifovu polislər məcburi qaydada saxlayaraq Abşeron Rayon Polis İdarəsinə (RPİ) gətirib. R.Şərifov barəsində idarədə toplanan materiallar isə artıq Daxili İşlər Nazirliyinə (DİN) göndərilib. Hazırda rəis müavini barəsində DİN-in Daxili Təhqiqat İdarəsində araşdırma aparılır. Bu araşdırmaların yekununa qədər isə R.Şərifova 38-ci PB-də işə çıxmaq qadağan edilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












