DYP şimal rayonlarında kütləvi reyd keçirdi – FOTO

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Quba və Xaçmaz rayonlarında reyd keçirib. Avtosfer.az-ın reyddə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, həyata keçirilən tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, nəqliyyat vasitələrinin ön, arxa, habelə yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran, sürücülük hüququ olmadan, alkoqollu içkinin və narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. Reyd zamanı yol polisi əməkdaşlarının qanuni tələblərinə əməl etməyən sürücüyə də rast gəlinib. Onların idarə etdiyi avtomobillərin nömrə nişanları üzrə axtarış tədbirlərinə bahlanılıb və sonradan müvafiq tədbirlər görülüb.
Reyddə iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi, polkovnik Ərəstun Məcidov bildirib ki, Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən yol polisi əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən tədbirlərin əsas məqsədi yol-nəqliyyat hadisələrinin baş verməsinə bilavasitə səbəb ola biləcək qayda pozuntuları aşkar etməkdir. Belə ki, Quba rayonunda keçirilən reyd zamanı 120-dən artıq sürücüyə inzibati protokol tərtib olunub. Xaçmazdakı reyddə isə 80-ə yaxın sürücü barəsində müvafiq tədbirlər görülüb. Onların arasında nəqliyyat vasitəsini spirtli içkinin və narkotik maddənin təsiri altında avtomobil idarə edən 8 sürücü olub. Bundan başqa, nəqliyyat vasitəsinə əlavə avadanlıqlar quraşdıran, pərdə və plyonkadan istifadə edən 10, konstruksiya dəyişikliyi edilmiş avtomobil sürən 31, polisin qanuni tələbinə əməl etməyən 4, texniki baxışdan keçməyən 14, sürücülük hüququ olmadan avtomobil idarə edən 6 nəfər barəsində inzibati protokol tərtib olunub. Eyni zamanda, başqa qayda pozuntularına görə cərimələnənlər də olub. Məsələn, ödənilməmiş cəriməsi olan 11 sürücü aşkarlanıb və cərimənin ödənilməsi təmin edilib. Konstruksiya dəyişikliyinə görə saxlanılan sürücülərin maşınları cərimə meydançasına aparılıb. Dəyişiklik aradan qaldırılandan sonra sürücülərə protokol tərtib olunaraq avtomobil cərimə meydançasından buraxılıb.
Reydlər davam etdiriləcək.
Elməddin Muradlı
Bakı-Quba-Xaçmaz-Bakı
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ





























