DYP sürücünün İPhone 5-ni sındırdı

Gəncədəki mənbələrdən moderator.az-a yol polisinin özbaşınalığı barədə daha bir məlumat daxil olub. Bildirilir ki, bir neçə ay öncə bıçaqlanma olayında adı keçdiyinə görə daxili işlər orqanlarından xaric edilən Asim Əliyev sonradan Samux polisində peyda olub və həmin rayonun yol polisində xidmətə başlayıb. Amma köhnə məkanını unuda bilməyən Asim Əliyev xidməti Samuxda deyil, Samuxla Gəncənin sərhəddindəki ərazidə aparıb. Çünki onu Samuxda heç kim tanımasa da Gəncədə tanıyan sürücülər saxlayıb "hal-əhval" tuturlar...
Bu gün günorta saatlarında isə Asim Əliyevlə bir sürücü arasında insident yaşanıb. Belə ki, onun xidməti ərazisi olmayan yerdə sürücüləri saxladıb sənədlərini yoxladığını görən bir Gəncə sakini Asim Əliyevdən niyə ona aid olmayan yerdə maşınları saxladığını soruşub. Bu zaman həmin şəxslə yol polisi arasında insident yaşanıb və Asim Əliyev əl ataraq adı və kimliyi bizə bəlli olan Gəncə sakinin İPhone 5 telefonunu yerə salaraq sındırıb.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO













