DYP və FHN birgə tədbir keçirdi

Bakı şəhəri Xəzər rayonu Gənclər Evində «Mənə vacib olan bilik və tövsiyələr» mövzusunda yol hərəkəti, yanğın təhlükəsizliyi, dəm qazından qorunmaq və fövqəladə hallar zamanı insanların davranışlarına həsr olunan maarifləndirmə tədbiri keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, Bakı şəhər BPİ DYPİ-nin və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin əməkdaşları iştirak ediblər. «Mənə vacib olan bilik və tövsiyələr” mövzusunda keçirilən tədbirin məqsədi cəmiyyətdə insanların bilik və təcrübələrini artımaqla, maarifçilik ənənələrini davam etdirmək, insanlar arasında mədəni dəyərlərin təbliğ olunmasıdır. Tədbir iştirakçılarına yol hərəkəti təhlükəsizliyi, yaşayış evlərində yanğın təhlükəsiziliyi, dəm qazından qorunma, təbii fəlakətlər, texnogen qəzalar zamanı insanların hüquqları, vəzifələri eləcə davranış qaydaları barədə geniş məlumatlar verilib.
Mütəxəssislər tərəfindən uşaq və gənclərin bu istiqamətdə ictimai davranışlarının gücləndirilməsi ilə bağlı fikirlər səslənib, Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanan yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videoçarx nümayiş olunub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ






















