DYP-yə əsəbləşib açarları kanala atan sürücünün VİDEOsu

Yol polisi 22 Noyabr 2014 22:40 Oxunub 5091
DYP-yə əsəbləşib açarları kanala atan sürücünün VİDEOsu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü yükdaşıma qaydalarını pozduğu halda yol polislərini borclu çıxarmaq istəyirmiş

Xəbər verdiyimiz kim, noyabrın 21-də səhər saatlarında Gəncə şəhəri yaxınlığındakı «Zazalı» postunun əməkdaşları «Howo» markalı iritutumlu yük avtomobilini saxladıqdan sonra sürücü ilə yol polisləri arasında insident yaşanıb. Avtosfer.az moderator.az-a istinadən xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, yol polislərinin xəbərdarlığına əhəmiyyət verməyərək hərəkəti davam etdirən sürücü şəhərin tən ortasında kobud şəkildə saxladılıb və maşından düşürülüb. Mübahisənin qalmaqala çevrildiyini və əraziyə xeyli adamın toplaşdığını görərək sürücünü patrul maşınına mindirib posta qaytarıblar. Amma sürücünün qışqıraraq «mən boş gəlirəmsə niyə pul verməliyəm» deyə etirazını bildirməsi kənardan aydınca eşidilirmiş.Yol polislərinin hadisə yerindəki avtomobilinin dövlət qeydiyyat nişanı 10 YP 837,  yük maşının nömrəsi isə 99 DV 121 olub. Maşının «Baku Steel Kompany»-yə məxsus olduğu bildirilir.

Yük avtomobilinin sürücüsü yol polislərinə hirslənərək maşının açarlarını yol kənarındakı kanalı tullayıb. Bundan sonra Gədəbəyə zəng edərək ehtiyyat açarın gətirilməsini gözləyib.

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib ki, qeyd olunan hadisə heç də deyildiyi kimi baş verməyib: «Sürücü Qara Mail oğlu Ələsov idarə etdiyi «Howo»» markalı avtomobillə hərəkət edərkən yol polisləri tərəfindən saxlanılıb. Ona İnzibati Xətalar Məcəlləsinin 163-1.3-cü maddəsi ilə protokol tərtib olunub. Çünki sürücü yükdaşıma qaydalarını pozaraq nəzərdə tutulandan daha artıq yük daşıyırmış. Bu da əlbəttə, yolların tez bir zamanda sıradan çıxmasına təsir edən amil olduğu üçün Dövlət Yol Polisi əməkdaşları bu məsələyə geniş diqqət ayırırlar. Sürücü Qara Ələsov barəsində 600-700 manat cərimə tətbiq olunduğu üçün o, bir qədər aqressivlik göstərib. Avtomobil tərəzidə çəkilərkən sürücü əsəbləşərək açarları su kanalına atıb. Hadisədən bir qədər sonra Gədəbəydən sürücünün atası da posta gəlib. Onlara burada izah olunub ki, qaydaları pozmaq olmaz, yükdaşıma qaydalarını pozulmasına görə bu qədər cərimə nəzərdə tutulur. Postun komandiri sürücünün atasının da diqqətinə çatdırıb ki, bundan əvvəl də belə hal yaşandığı üçün ona xəbərdarlıq edilib, lakin sürücü yenə də qaydaları pozub».

Kamran Əliyev deyilənlərin təsdiqi kimi, «Zazalı» postunda baş vermiş olayan, daha doğrusu, postda sürücü və onun atası ilə polislər arasında gedən dialoqun videosunu da Avtosfer.az-a təqdim edib.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

ferahim 10 Noyabr 2014 22:55
video