Əhali yol polisini ölümcül döydü – Xaçmazda inanılmaz olay - VİDEO

Xaçmazda polis əməkdaşı ilə rayon əhalisi arasında insident yaşanıb. Avtosfer.az aznews.az-a istinadən xəbər verir ki, rayonun Ağalıq kənd sakinləri həmin ərazidə xidmət aparan yol polisi Cahangir Əliyevə hücum çəkərək onu vəhşicəsinə döyüb. Ağır bədən xəsarətləri alan polis əməkdaşı təcili yardım maşını ilə Şabran rayon Mərkəzi Xəstaxanasına aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Rayon sakinlərinin verdiyi məlumata görə, hadisənin baş verməsinə səbəb, polisin kənd sakinlərini tez-tez incitməsi olub. Onların sözlərinə görə, Quba şosesində xidmət aparmalı olan C.Əliyev yolun yalnız sözügedən kənddən keçən hissəsində dayanır, kənd sakinlərini yeri gəldi-gəlmədi saxlayıb, onlardan rüşvət tələb edirmiş. Buna görə də sakinlər yığışıb ondan kəndi tərk etməsini, xidməti şosenin başqa hissəsində aparmasını tələb ediblər. Bununla razılaşmayan polis kənd əhalisinin hücumuna məruz qalıb və xəstəxanalıq olub.
Məlumat üçün bildirək ki, bir müddət əvvəl aznews.az Cahangir Əliyevin sürücüdən rüşvət almasını əks etdirən videogörüntülər yaymışdı. Həmin görüntüləri yenidən təqdim edirik:
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












