Ekologiya budur – DYP avtomobili tüstüləyir - VİDEO

Məlum olduğu kimi, iki ay əvvəl Bakıya yeni Yol-Putrul Xidməti avtomobilləri gətirilib. Artıq həmin avtomobillərdən bir neçəsi xidmətə başlasa da, yol polisləri arasında tüstü-duman buraxan, sınıq-salxaq patrul maşınlarında xidmət aparanlar da var. Məsələn, Avtosfer.az-a oxuculardan biri tərəfindən göndərilən bu videodakı kimi. Videoda gördüyünüz 10 YP 631 dövlət nömrə nişanlı DYP avtomobili üzü Xırdalan dairəsi istiqamətində hərəkət edir.
Normal halda, bu cür nəqliyyat vasitəsi istismar oluna bilməz. Ekologiyanı çirkləndirdiyi üçün həmin nəqliyyat vasitəsinin sürücüsünə 150 manat cərimə düşür.
«BMW» markalı bu avtomobillər artıq istismar müddətini çoxdan başa vursa da, hələ də xidməti bu maşınlarda aparan yol polislərinin halına acımaq lazımdır. Çünki bu avtomobillər həm ekologiyanı çirkləndirir, həm də təhlükə mənbəyidir. Bu maşınların əksəriyyətinin mühərriki «yağ yediyi» üçün salonda dəm qazı əmələ gəlir. Bu da insan orqanizmi üçün təhlükəlidir.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, may ayında Bakıdakı bu cür yol polisi avtomobilləri tamamilə istismardan çıxarılacaq. Yeni avtomobillər isə bir sıra texniki üstünlüklərə malikdir.
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












