"Eşitməmişdim", "Bakıda deyildim" kimi sözlər sürücüləri xilas etməyəcək" - DYP

Yol polisi bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, gücləndirilmiş rejimə keçməkdə məqsəd yollarda avtomobillərin fasiləsiz, rahat və təhlükəsiz hərəkətini təşkil etməkdir: "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Bakıda bir sıra bayram şənliklərinin keçirilməsi nəzərdə tutulub. Bayram şənliklərinin keçiriləcəyi bütün ərazilərdə yol polisi zəruri tədbirlər görəcək. Çalışacağıq ki, şənlikdə iştirak etmək üçün şəxsi avtomobilləri ilə əraziyə gələn sürücülərin təhlükəsizliyini təmin edək. Həmçinin gecə saatlarında şənlikdən çıxıb evlərinə gedən vətəndaşların yollarda təhlükəsiz hərəkəti təmin olunacaq".
V.Əsədov avtomobillərin plyonka ilə idarə olunmasına da toxunaraq qeyd edib ki, hələ də yol polisinin sözügedən məsələ ilə bağlı çağırışlarını nəzərə almayanlar var: "Bizim müraciətlərimizə baxmayaraq, bəzi sürücülər avtomobillərini pərdə və plyonkalarla idarə etməkdən çəkinmirlər. Saxlayanda da müxtəlif bəhanələr gətirərək cəzadan boyun qaçırmağa çalışırlar. Yenə də həmişəki kimi "bilmirdim", "eşitməmişdim", "Bakıda deyildim", "xəbərim yoxdur" kimi ifadələr işlədirlər. Amma bir daha qeyd etmək istəyirəm ki, sürücülərin bu sözləri onları məsuliyyətdən azad etmir".
Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi qərara əsasən, hər il mayın 1-dən noyabrın 15-dək Azərbaycanda nəqliyyat vasitələrinin arxa yan qapılarının şüşələrinə yalnız sənaye üsulu ilə hazırlanmış jalüzlərin vurulmasına icazə verilir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












