Gecə yarısı 5 nəfərlə əlbəyaxa olan polis zabitini bıçaqladılar - FOTO

Kick-Boxinq üzrə 11 dəfə Azərbaycan çempionu olmuş, K1 turnirinin qalibi, dünya kubokunun sahibi, 4-qat dünya çempionu və beynəlxalq dərəcəli idman ustası Kamil Şərifov bıçaqlanıb. Bu haqda istiqlal.az-a məlumat verən mənbənin sözlərinə görə K.Şərifov polis kapitanıdır və Qaradağ rayonu ərazisində xidmət apararkən ona 3 bıçaq xəsarəti yetirilib.
Verilən məlumata görə, K.Şərifov hazırda Daxili İşlər Naziliyinin hospitalında müalicə olunur. K.Şərifovun Kamil Zeynallı adlı dostu istagram səhifəsində onun xəstəxana çarpayısında uzanılı vəziyyətdə fotosunu yayıb. Fotonun yanındakı şərh bölümündə isə yazılıb: “Allah şəfa versin qardaşım. 2 saat keçən əməliyyatdan sonra yaxşıdır hər şey. Səni belə incidənlər çox getməz qardaşım. "Prince Baku", biz daima dostların yanındayıq... Gəcə saat 1-də vəzifə borcunu yetirərkən 5 şübhəlini saxlayıb, sonda əlbəyaxa olublar, 3 bıçaq zərbəsi alıb”.
Qeyd edək ki, K.Şərifov idmançılar arasında "Prince Baku" ləqəbi ilə də tanınır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















