General yol polisi komandirini işdən çıxartdı – 10 YP 410

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin tağım komandiri işdən çıxarılıb. Avtosfer.az xəbər verir ki, aşkarlanan nöqsanlara görə idarənin tağım komandiri, polis kapitanı Mövlayev Natiq Bahadur oğlu tutduğu vəzifədən azad edilib. Faktı N.Mövlayev özü aznews.az-a təsdiqləyib. Bildirib ki, dünən keçirilən sıra baxışından sonra o, işdən çıxarılıb.
Qeyd edək ki, Bakıda keçiriləcək birinci Avropa oyunları ilə əlaqədar dünən Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) şəxsi heyətinə sıra baxışı keçirilib. Sıra baxışı BŞBPİ-nin rəisi polis general-mayoru Mirqafar Seyidov, BŞBPİ-nin rəis müavini polis general-mayoru Səhlab Bağırov, BŞDYPİ-nin rəisi polis polkovniki Nuşirəvan Səfərov tərəfindən həyata keçirilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












