Gizli yol patrulları hansı yollarda olacaq? - DYP-dən açıqlama

Yaxın vaxtlarda Gizli Yol Patrul xidmətləri tək Bakıda deyil, respublikanın bütün avtomobil yollarında fəaliyyət göstərəcək. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, Gizli Yol Patrul xidmətinin fəaliyyətə başlaması yol-nəqliyyat hadisələrinin azalmasına təsir edib. Gizli Yol Patrul xidmətinin effektivliyindən danışan K.Əliyev qeyd edib ki, Avropanın bir çox ölkəsində bu tətbiq olunur: "Bakıda bu il noyabr ayınınn 15-dən Gizli Yol Patrul xidmətinin tətbiqi yollarda qəzaların sayını xeyli azaldıb. İnkişaf etmiş ölkələrin əksəriyyətində belə gizli xidmətlər var. Bu xidmətin fəaliyyəti üçün xüsusi, müasir texniki avadanlıqlara çox ehtiyac yoxdur. Bunun üçün avtomobildə bir kameranın olması kifayət edir".
K.Əliyev qeyd edib ki, Gizli Yol Patrul xidmətini sürücülər hiss edə bilməzlər: "Çünki sözügedən xidmətin əməkdaşları dövlət yol polisinin istifadə etdiyi "BMW" markalı avtomobillərlə hərəkət etmirlər. Müxtəlif markalı avtomobillər var, hətta onların arasında mikroavtobus da var. Onlar heç bir avtomobili saxlamırlar. Yəni onların hansısa nəqliyyat vasitəsini saxlamaq səlahiyyəti yoxdur. Çünki onlar mülki avtomobillərdir".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












