Havanı korlayan 36 sürücü cərimələndi

Avqustun 1-dən ölkə ərazisində “Təmiz hava” aylığına start verilən reydlər sona çatıb. Avtosfer.az Kəpəz TV-yə istinadən xəbər verir ki, yoxlamalar zamanı 30-dan artıq sürücü cərimə olunub. Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsi bu ay ərzində keçirdiyi yoxlamaların nəticələrini açılayıb.
Şöbənin təbliğat və təşviqat üzrə inspektoru Vasif Əşrəfov bildirib ki, “Təmiz hava” aylığı çərçivəsində 36 nəqliyyat vasitəsinin sürücüləri inzibati qaydada cərimələnib. Şöbənin inspektorunun sözlərinə görə, aksiyanın əsas məqsədi atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi və ətraf mühitin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır. Şöbədən o da bildirilib ki, nəqliyyat vasitələri sahibləri, sürücülər və eləcə də avtonəqliyyat müəssisələri rəhbərləri istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Əks halda həmin sürücülər qanunvericiliklə müəyyənləşdirilən qaydada məsuliyyət daşıyırlar.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












