Heydər Əliyev prospektində kütləvi reyd: 32 sürücü saxlanıldı - FOTO

Ağcabədi rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları növbəti dəfə reyd keçirib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, reyd zamanı sürücülük hüququ olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər müəyyənləşdirilib. Reyd zamanı, həmçinin nəqliyyat vasitələrinin sərxoş halda idarə edilməsi, sürət həddini aşma, ötmə qaydalarının pozulması və digər qayda pozuntuları da aşkarlanıb. 32 sürücü haqqında inzibati tədbir görülüb. Bunlardan 4 nəfər sərxoş vəziyyətdə, 5 nəfər sürücülk vəsiqəsi olmadığına, 3 nəfər ötmə qaydasını pozduğuna, 1 nəfər yük daşıma qaydasını pozduğuna,10 nəfər avtomobilini texniki baxışdan keçirmədiyinə, 6 nəfər təhlükəsizlik kəmərindən istifadə etmədiyinə və 3 nəfər yol nişanı qaydalarını pozduğuna görə cəzalandırılıb.
Sərxoş sürücülərin və sürücülük vəsiqəsi olmayanların avtomobilləri cərimə meydançasına aparılıb.
Ağcabədi Rayon Dövlət Yol Polisi bölməsinin rəisi Dadaş İbrahimovun sözlərinə görə, şəhərin Heydər Əliyev prospektində baş tutan reydin əsas məqsədi yollarda hərəkətin təhlükəsizliyini təmin etmək və sürücülər tərəfindən yol verilən qayda pozuntularını aşkar etmək olub.
Reydlər davam etdiriləcək.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ




























