İki gündə 4400 sürücü; hallı, sərxoş, «avtoş» - REYDDƏN FOTO

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) son iki gündə ölkə ərazisində keçirilən reydlərin nəticəsini açıqlayıb. Avtosfer.az xəbər verir ki, BDYPİ-nin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, dekabrın 11-i və 12-də ölkə ərazisində keçirilən reydlər zamanı alkoqol qəbulu nəticəsində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 89, ötmə qaydalarının pozulması üzrə 286, avtoxuliqanlıqla məşğul olan 10, pərdə və plyonkalardan istifadə edən 39, yükdaşıma qaydalarını pozan 57 və digər qanun pozuntuları edən 3927 sürücü barəsində (cəmi 4408) inzibati protokol tərtib edilib.
K.Əliyev həmçinin bildirib ki, hesabat dövründə Yevlax, Ağdaş və Göyçay rayonları ərazisində BŞDYPİ Yol Patrul Xidməti Alayı əməkdaşlarının yerli Rayon Polis şöbələrinin Post Patrul Xidməti və Dövlət Yol Polisi şöbələrinin əməkdaşları ilə birgə keçirdiyi reydlər zamanı inzibati xətalar aşkar edilib.
Narkotik maddənin təsiri altında nəqliyyat vasitəsini idarə edən 7, spirtli içki qəbul edərək sükan arxasına əyləşən 8, sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edən 17, qəza şəraiti yaradan 4, yükdaşıma qaydalarını pozan 35, texniki baxışdan keçmədən nəqliyyat vasitəsini idarə edən 59, ötmə qaydalarının pozan 6, avtoxuliqanlıq edən 4, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişikliklər edən 12, pərdə və plyonkadan istifadə edən 23, digər qayda pozuntuları üzrə isə 347 sürücü aşkar edilərək barələrində müvafiq inzibati protokol tərtib edilib
Qeyd edilən rayon sakinləri keçirilən reydlərin yol qəza hadisələrinin azalmasına və insanların təhlükəsizliyinin qorunmasına xidməti etdiyini deyərək bu cür reydlərin mütəmadi keçirilməsini xahiş ediblər.
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO - VİDEO
“Sürəti azaldın” - DYP-dən XƏBƏRDARLIQ
Yol polisindən sürücülərə və piyadalara ÇAĞIRIŞ: SƏBƏB...













