İqtisadçı ekspertdən Kamran Əliyevə sərt ittiham

İqtisadçı ekspert Elçin Qurbanov dünən BDYPİ mətbuat xidmətinin rəhbəri Kamran Əliyevin moderator.az-a açıqlamasında səsləndirdiyi fikirlərə etiraz edib: «Kamran Əliyevə verilmiş sualın cavabı heç də çətin deyil. Bəli, Kamran müəllim sualı cavablandırıb, amma onun səbəblərini açıqlamayıb. Gətirdiyi arqumentlər isə özündə diskriminasiya xüsusiyyətlərini ehtiva edir. Mən bir qədər məsələyə obyektiv yanaşmaq istəyirəm. Kamran müəllim deyir ki, avtonəqliyyat vasitələrində dövlət gerblərinin və ya bayraqlarının kənardan görünən hissələrində görüntülənməsi yolverilməzdir. Bir neçə il bundan əvvəl isə evlərin və ofislərin kəndarında bu cür nişanların asılmasını yasaqlamaq istəyirdilər. Amma nədənsə məsələ bir qədər gülünc olduğundan həll edilmədi.
Hörmətli redaksiya, öncə onu bildirmək istəyirəm ki, Kamran müəllimin “Kim gəldi bu nişanlardan istifadə edə bilməz” ifadəsilə diskriminasiya saçır. İkincisi, bunun yolverilməz olması ondan irəli gəlir ki, yol patrul xidmətinin əməkdaşları vəzifə və səlahiyyətlərinin icrası zamanı sürücülərə daşıdığı vəzifəsindən, qulluq mövqeyindən, cəmiyyətdəki statusundan asılı olaraq müxtəlif tərzdə yanaşırlar. Sadəcə gerbin və başqa dövlət atributunun sadə vətəndaşın avtomobilində görünməsi çaş- başlıq yarada bilər. Birdən özbaşınalıq edə bilən polis nəfəri gərək olmayan sürücüdən rüşvət tələb edər. Qanunsuzluq edən məmur dövlətin vahiməli gerbindən şübhəsiz ki, qorxur. Ona görə də ilan ulduz gördüyü kimi, cinayət törədən məmur da gerbə qarşı cinayət etməkdən çəkinir. O da məlumunuz olsun ki, bayrağı da gerbi də, himni də sevdirmək lazımdır. Bunlar dövlət rəmzləridir. Türkiyədə maşınlarında və evlərinin eyvanlarında da dövlətə məhəbbətlərini, ona bağlılıqlarını elə atributlardan istifadə etməklə bildirirlər. Ən kiçik üzücü vasitələrdə belə cümhuriyyətin bayrağı əks etdirilir. Doğrudur, mən də tərəfdarıyam ki, görüntünü məhdudlaşdıran heç bir şəkil şüşəyə yapışdırılmasın. Hətta sığorta və texniki baxış sənədi də. Amma səmimiyyəti mənə doğma olan hər kəsdən yüksəkdə görürəm. Elə cəmiyyətlər də səmimiyyətin aradan qaldırılması və yalanın təkamülü üzündən aşınır.
Hörmətli redaksiya, sizdən xahiş edirəm ki, kim olur-olsun suala doğru və dürüst cavab verməyən şəxslərin cavablarını işıqlandırmayasınız. Çünki adını cavab qoyduğunuz mənasız söz yığnağı qulluqçu cavabı deyil, siyasətçi cavabıdır. Özü də o siyasətçilərin ki, aldıqları nəfəs də yalandır."
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












