İşdən çıxarılan yol polisi nələr danışdı - FOTO

Müdafizə nazirinin müavini, baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğlu ilə yaranmış mübahisəyə görə işdən azad olunan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş serjantı Cavanşir Lətif oğlu Qasımov barəsində yazılan informasiyalarla bağlı Avtosfer.az saytına müraciət edib. O bildirib ki, təqaüdə çıxmaq haqqında rəhbərliyə paport təqdim etdikdən sonra ailəsi ilə birlikdə rayona gedib: «Rayonda olduğum müddətdə yaxınlarımdan eşitdim ki, qəzetlərdə, saytlarda, müxtəlif sosial şəbəkələrdə mənimlə bağlı bir neçə informasiya yayılıb. Mən həmin materiallarla tanış olduqdan sonra sizə müraciət etmək qərarına gəldim. Bildirirəm ki, haqqımda yazılan məlumatların heç bir əsası yoxdur və həqiqəti əks etdirmir. Mənim adımdan da kimlərinsə informasiya yaymasının əleyhinəyəm. Barəmdə verilən qərarın isə müzakirə edilməsini istəmirəm.
Qeyd etmək istəyirəm ki, həqiqətən də belə bir hadisə baş verib, hazırda araşdırma aparılır. Vətəndaşın da, mənim də əməlimə hüquqi qiymət veriləcək».
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















