“İstənilən yerdə radar quraşdırıla bilər” - Kamran Əliyev

Yevlax-Gəncə yolundakı qanunsuz radarla bağlı xəbərə Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsindən münasibət bildirilib. Avtosfer.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya açıqlamasında İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “plafon”unun altındakının radar kamerası yox, işıq patronu olduğunu deyib. Rəisin sözlərinə görə, işıq “plafon”unun altındakı işıq patronudur və qanunsuz radardan söz belə gedə bilməz: “Birincisi, orada heç bir radar kamerası quraşdırılmayıb, videoda görünən sadəcə işıq patronudur. İkincisi də, əgər ərazidə maksimum sürət həddini müəyyənləşdirən, radarın fəaliyyət göstərməsini bildirən 6.14 yol nişanı varsa, istənilən yerdə radar quraşdırıla bilər. Bu gün yol polisində olan bütün radarlar: istər stasionar, istərsə də mobil radarlar mərkəzi informasiya sisteminə inteqrasiya olunub. Əgər hər hansı bir radar avtomobilin sürət həddini aşdığını qeydə alarsa, dərhal mərkəzi informasiya sisteminə göndərir. Yazıda göstərilən 3 km ərazidə boşluq olduğu üçün yol polislərinin qanunsuz radar yerləşdirməsi məsələsi tamamilə yanlışdır. Şəklə baxan hamı anlayar ki, orada kamera yox, işıq patronu var. İnspektor istəsə aşağıda da radarı yerləşdirər. Onun dirəyə çıxıb elektrik naqillərinin içərisinə kamera yerləşdirməsinə ehtiyac yoxdur”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












