Kamran Əliyev sürücülərin etirazından danışdı

Dünən bir qrup sürücünün Bakı Beynəlxalq Avtovağzalında aksiya keçirdiyi, avtovağzala girişi müvəqqəti bağladığından bəhs etmişdik. Bu gün moderator.az-la əlaqə saxlayan Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev avtovağzala girişin bağlanmadığını, əraziyə Çevik Polis Alayının əməkdaşlarının cəlb edilmədiyini bildirib. Onun sözlərinə görə, dünən sadəcə avtovağzal rəhbərliyi ilə birlikdə sürücülərə izahat verilib: “Nazirlər Kabinetinin 141 nömrəli qərarı, yəni avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydaları mövcuddur. Həmin qaydalara uyğun olaraq uzunluğu 150 km-dən artıq olan şəhərlərarası, rayonlararası və beynəlxalq marşurutlarda oturacaq sayı 23-dən az olan avtobusların müntəzəm sərnişin daşınmasının yerinə yetirilməsinə yol verilmir. Bu da həmin avtovağzaldan rayonlara işləyən sürücülərin diqqətinə çatdırılıb. Onlara müvafiq sənədlərin alınması ilə bağlı bir ay bundan öncə xəbərdarlıq olunub. Dünən bir daha bununla bağlı sürücülərə xatırlatma olundu. Həmin nəqliyyat vasitələri yalnız konkret olaraq sənədləri qaydasında olandan sonra, bu fəaliyyətlə məşğul olmaq üçün xüsusi lisenziya əldə etdikdən sonra bununla məşğul ola bilərlər.
Bu daşımalar ancaq avtovağzaldan avtovağzala təşkil ediləcək. Sürücülərə avtovağzal rəhbərliyinin də iştirakı ilə izahat verildi. Onlar məlumatlandırılıblar və dağılışıb gediblər. Yazıda isə qeyd edilir ki, guya sürücülər yığışıb yolu bağlayıblar, əraziyə Çevik Polis Alayının əməkdaşları cəlb olunub və s. Bunlar həqiqətə uyğun məlumatlar deyil. Qanunvericilikdə nə nəzərdə tutulursa, sərnişindaşıma ilə məşğul olan həm hüquqi, həm fiziki, həm də vəzifəli şəxslər buna əməl etməlidir.
Bütün bu görülən işlər sərnişinlərin həyat və sağlamlığının qorunmasına yönəlik addımlardır. Kimsə istəməz ki, yol qəzasında hansısa ailə üzvünü itirsin. Buna görə də məlum sahədə ciddi nəzarət tətbiq ediləcək”.
“Yol hərəkəti qaydalarını öyrənək” adlı intellekual yarış keçirildi - FOTO
Yol polisi son zəngdə şagirdlərə maşın kirayə verənlərə XƏBƏRDARLIQ ETDİ
Parklanma MÜBAHİSƏSİ: Sürücü cəriməyə etiraz etdi - Yol polisindən açıqlama - FOTO - VİDEO
Yolda halı pisləşən sürücünü yol polisləri xəstəxanaya çatdırdı - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi məktəblilərlə növbəti maarifləndirici görüş keçirib - VİDEO
Saatlıda toy karvanı “drift şousu”na çevrildi: Sürücülər HƏBS EDİLDİ - VİDEO
Rövşən Tağıyev yuxulu sürücülərdən DANIŞDI: "Avtomobil nəzarətsiz təhlükəyə çevrilir"
Nazir Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirdi - FOTOLAR - VİDEO
Yol polisi skuterçini qəzadan belə xilas etdi - ANBAAN VİDEO
Siyəzəndə qadın sürücü QƏZA TÖRƏTDİ: Azyaşlı övladı öldü - FOTO
Qanunu bilməyən sürücü özünü gülməli duruma saldı: "Yaxşı edib..." - VİDEO










