Maraqlı reyd; istirahət mərkəzindən çıxan kimi tutdular - FOTO

Qaxın İlisu kəndi ərazisində sərxoş sürücülərə qarşı reyd keçirilib. Reyd Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) 5-ci tağımının, Qax Yol Patrul Xidmətinin və rayonlararsı narkoloji şöbənin əməkdaşlarının iştirakı ilə baş tutub. 4 saatlıq reyd zamanı qayda pozan sürücülərə qarşı İnzibati Xətalar Məcəlləsinə (İXM) uyğun olaraq protokollar tətbiq edilib. Həmin sürücülər arasında həm İlisu kəndində istirahətə gələn qonaqlar, həm də Qax rayon sakinləri olub. Reyd zamanı yol polisi əməkdaşlarının əmrlərinə tabe olmayan sürücülərə də rast gəlinib.
Reyd zamanı sərxoş vəziyyətdə sükan arxasında əyləşənlər saxlanılıb. Onlar arasında bəziləri polislərin "saxla" əmrinə məhəl qoymayaraq qaçmaqla inzibati cəzalardan yaxa qurtarmağa çalışıblar. Ancaq bu da həmin sürücüləri cərimələrdən xilas etməyib. 10 sürücü sərxoş halda avtomobili idarə etdiyi üçün avtomaşınları dayanacaqlara aparılıb, onlara inzibati protokollar tərtib olunub.
Pərdə və plyonkadan qanunsuz olaraq istifadə edən sürücülərə də cəzalar tətbiq edilib, avtomaşınların pərdə və plyonkaları yerində sökülüb.
Ümumilkdə reyd zamanı yol hərəkəti qaydalarını pozan 100-ə yaxın sürücüyə qarşı DYP əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tətbiq edilib.
«Report»
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ



















