Maşında telefonla danışan ana övladını yetim qoydu – DYP-dən yeni VİDEO

Sükan arxasında mobil telefonla danışan xanım sürücü faciəli hadisə ilə üzləşir. Övladını bağçaya qoyub işə gedən sürücü yol boyu telefonla danışır. Hətta Dövlət Yol Polisi əməkdaşları da telefondan istifadə etdiyi üçün yolda ona xəbərdarlıq edirlər. Amma DYP-i görüb telefonu gizlədən xanım sürücü az sonra yenə də danışmağa davam edir. Elə bu anda svetoforun qırmızı işığına baxmadan hərəkət etdiyi üçün yük maşını ilə toqquşur… Bütün uşaqlar bağçadan evə gedir, amma həmin uşağın anası gəlib çıxmır və buna görə də, o, bağçada qalır.
Bütün bunlar Baş Dövlət Yol Polisi İdarəsinin şazırladığı sosial çarxda əksini tapıb. Çarxın başlıca məqsədi sükan arxasında mobil telefondan istifadə etməyin törədə biləcəyi təhlükəni sürücülərə aşılamaqdır. Baş Dövlət Yol Polisi İdarəsi bu sosial çarx vasitəsilə sürücülərə çağırış edir: «Sükan arxasında telefon açmaqla doğmalarınızın üzünə qapını bağlamayın».
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












