Məhkəmə Ramil Usubovun yol polisi ilə bağlı şikayətinə baxdı

Bu gün Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə Ramil Usubovun Eldəniz Quliyevə qarşı xüsusi ittiham qaydasında (CM-nin 147 və 148-ci maddələri) şikayəti üzrə məhkəməyə hazırlıq iclası keçirilib. Məhkəmədən Teleqraf.com-a verilən məlumata görə, iclasda Ramil Usubov xüsusi ittihamçı kimi tanınıb və onun şikayəti icraata qəbul edilib. Eldəniz Quliyev isə təqsirləndirilən şəxs qismində məhkəməyə cəlb olunub. Məhkəmə xüsusi ittihamçı Ramil Usubovun nümayəndəsi və vəkili qismində Əlirza Həbilovun, təqsirləndirilən Eldəniz Quliyevin vəkili kimi isə Elçin Sadıqovun prosesə buraxılması barədə də qərar qəbul edib. İclasda Eldəniz Quliyevə Azərbaycan Respublikası Cinayət Prosesssual Məcəlləsinin 91-ci maddəsi üzrə hüquq və vəzifələri elan edilib. Məhkəmə baxış iclası sentyabrın 8-i saat 11:00-a təyin olunub. Xatırladaq ki, R.Usubovun məhkəməyə müraciət etməsinə səbəb E.Quliyevin avqustun 20-də KİV-ə verdiyi müsahibədə polisin ünvanına böhtan və təhqiredici fikirlər sələndirməsidir. CM-nin 147 və 148-ci maddələri 6 ay müddətində azadlıqdan mərhumetmə cəzası nəzərdə tutur.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












