Moskvada azərbaycanlı "avtoş" həbs edilib

Rusiya paytaxtında avtoxuliqanlıqla məşğul olan Azərbaycan vətəndaşı Yol Patrul Xidmətinin əməkdaşının qolunu sındırıb. APA-nın verdiyi xəbərə görə, Azərbaycan vətəndaşı, 1992-ci il təvəllüdlü Gəncə şəhər sakini Q.D.Hüseynovun idarə etdiyi avtomobili dövlət nömrə nişanı olmadığına görə YPX əməkdaşları saxlamaq əmri veriblər. Lakin Hüseynov YPX əməkdaşlarının əmrinə tabe olmayıb. Bu zaman YPX əməkdaşları Hüseynovun idarə etdiyi avtomobili qovmağa başlayıblar. Nəticədə Hüseynov avtomobili paytaxtın dalanlarının birində park edilmiş vəziyyətdə olan avtomobilə çırpıb. Bundan sonra YPX əməkdaşları onun maşınını dövriyyəyə alıblar. Polislər Hüseynovu avtomobildən çıxararaq əlinə qandal vurmaq istəyən zaman Azərbaycan vətəndaşı müqavimət göstərib və YPX əməkdaşlarından birinin qolu sınıb. Polis onu dərhal həbs edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












