Nardarandakı yeni polis bölməsi hazırdır

Nardaran qəsəbəsinin mərkəzi meydanında polis bölməsi üçün inzibati binanın tikintisi başa çatır. Hazırda binada son tamamlama işləri aparılır. İş icraçılarının dediyinə görə, inzibati bina bu həftə tam hazır olacaq.
Qeyd edək ki, Nardaran qəsəbəsində polis nəzarəti davam edir. Qəsəbənin giriş-çıxış yollarına polis və Daxili Qoşunların əsgərləri nəzarət edir. Həmçinin qəsəbədə mərkəzi yolların genişləndirilməsi üçün işlər aparılır, qaz və işıq xətləri yenilənir. Kənd sakinlərinin bildirdiyinə görə, qəsəbədə axtarış tədbirləri də davam etdirilir. “Həmçinin yolların genişləndirilməsi üçün bəzi həyətyanı sahələrin bir hissəsi, dükanlar da plana düşüb. Qaz, su və işığa görə evlərdə sayğacların quraşdırılması prosesi də davam edir” deyə, qəsəbə sakini bildirib.
APA
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













