Nazir 280 nəfəri DİN sıralarına qəbul etdi

Dekabrın 9-da Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov kütləvi informasiya vasitələrində öncədən verilmiş elana uyğun olaraq, Çevik Polis Alayında Bakı Şəhər Baş Polis İdarəsinin tabeçiliyindəki orqan və hissələrdə vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunur ki, aidiyyatı baş idarə, idarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumən, 1300 iddiaçının arasından daha hazırlıqlı olan 280 nəfərin daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib. Namizədlərə müraciətlə çıxış edən R.Usubov yaxın tariximizə qısa ekskurs edərək müstəqilliyin ilk illərində respublikamızdakı mürəkkəb vəziyyət, kriminogen durumun nəzarətdən çıxması, yaranmış siyasi-iqtisadi böhran barədə söz açaraq cəzasızlıq mühitinin Azərbaycanın bir dövlət kimi mövcudluğunu sual altında qoyduğunu xatırladıb, belə ağır vəziyyətdə xalqın tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin ali hakimiyyətə qayıdışının ölkəni məhv olmaqdan, vətəndaş müharibəsi təhlükəsindən xilas etdiyini vurğulayıb.
Qeyd olunub ki, artıq neçə illərdir Azərbaycan cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində öncül dövlətlərdəndir.
Polis peşəsinin çətin və həm də şərəfli olduğunu diqqətə çatdıran nazir Ramil Usubov namizədlərə gələcək xidmətlərində uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, onlar daxili işlər orqanlarının ən yaxşı ənənələrini davam etdirərək qarşıya qoyulan bütün tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, Vətəninə, xalqına və Prezidentinə sədaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaq, peşəkarlıqlarını daim artıracaq, respublikamızda sabitliyin dönməzliyinin təminində, əmin-amanlığın nümunəvi qorunmasında səylərini əsirgəməyəcəklər.
Emin
Azərbaycanlı uşaqlar Qazaxıstanda yol hərəkəti ilə bağlı biliklərini nümayiş etdirir - FOTO
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib










