Nazirlik DYP-nin əzilmiş maşını ilə bağlı araşdırma aparır

Ötən gün facebook sosial şəbəkəsində şəhərin mərkəzi küçələrinin birində gizlədilən Dövlət Yol Polisinə məxsus avtomobilin şəkilləri yayılıb. «Hamam Times» qrupu tərəfindən yayılan şəklə yazılan şərh də maraq doğurub. Fotoda qəza törətdiyi ehtimal edilən avtomobilin ön hissəsində heç bir əzik və ya qəza əlaməti nəzərə çarpmayıb. Ekspertlər avtomobilin kənar müdaxilə ilə əzildiyini ehtimal edir. Bu dəyənək və yaxud başqa alətlə əzilmə, o cümlədən hündürlükdən üstünə hansısa əşyanın düşməsi ilə də baş verə bilər.
Bildirilib ki, «Göy məscid»in yaxınlığında yaşıyan bir vətəndaş şübhəli bir hadisənin şahidi olub: «Həyətdə durmuşdum və bir də gördüm ki, məhəlləmizə bir DYP maşını daxil oldu, içindən tələsik bir polis nəfəri çıxıb ön və arxa dövlət nömrə nişanlarını, maşının kənarlarına yapışdırılan nömrələri çıxardıb qaçdı. Yaxınlaşıb həmin maşını çəkdim. Görünür ki, yol polis işçisi qəza törədib, hansısa vətəndaşı vurub (maşının ön şüşəsi çat verib, güzgü və miqalkası sınıb) və hadisə yerindən qaçıb. İz saxlamasın deyə bütün nömrələri çıxardıb! Belə "vicdanlı" polisləri necə işə götürürlər?».
Dövlət Yol Polisi əməkdaşının xidməti maşınının nömrəsini açarak «Göy məscid»in yanında atıb getməsinə DİN rəsmi münasibət bildirib. DİN mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadənin sözlərinə görə, faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olacaq məsələyə hüquqi qiymət veriləcək. axar.az
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













