Nəqliyyat qoçusu polisi döydü

Nəqliyyat Nazirliyi Nəqliyyat Departamentinin əməkdaşları polis əməkdaşını döyüblər. Bu məlumat vesti.az-a Yasamal Rayon Polis İdarəsi 29-cu polis bölməsindən verilib. Xəbərə görə, Nəqliyyat Departamentinin Ruslan adlı əməkdaşı avqustun 19-da saat 21:20 radələrində paytaxtın M.Həsənov küçəsi, 1 saylı binanın qarşısında 1986-cı il təvəllüdlü Mehdiyev Aqil Nurəddin oğlunu döyüb. A.Mehdiyev Daxili İşlər Nazirliyi Təchizat İdarəsinin əməkdaşı, polis serjantıdır. Amma Ziya Məmmədovun nəqliyyatçı qoçusu bunu bilməyib. Çünki A.Mehdiyev döyülən vaxt mülki geyimdə olub. Döyülən polis əməkdaşı baş vermiş insident barədə dərhal 102 xidmətini məlumatlandırıb. Bununla belə Nəqliyyat Departamentinin Ruslan adlı əməkdaşının şəxsiyyəti hələ tamam aydınlaşdırılmayıb. Bu istiqamətdə araşdırmalar davam edir. Polis bölməsindən bildiriblər ki, olay bütün xırdalıqlarına qədər araşdırılacaq və günahkar cəzalandırılacaq.
Yada salaq ki, mətbuatın bu mövzunu dəfələrlə gündəmə gətirməyinə və diqqət mərkəzində saxlamağına baxmayaraq Nəqliyyat Nazirliyi əməkdaşlarının özbaşınalığı dayanmır. Onlar hələ də sürücüləri, sıravi vətəndaşları saxlayaraq onları döyür, incidir. Cəzası qalmalarından sui-istifadə edən Nəqliyyat Nazirliyinin müfəttişi bu günlərdə daha bir sürücünü saxlayıb döymüşdü. Həmin sürücü də DİN əməkdaşı idi.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












