Oğlu yol polisində rəis müavini olan deputat danışdı - Yeni YP 302

Deputat Elman Məmmədov oğlu Elşad Məmmədovun Daxili İşlər Nazirliyində yeni vəzifəyə təyin olunması xəbərinə çox sevindiyini bildirib. Avtosfer.az-ın məlumatına görə, bu haqda modern.az-a danışan deputat bildirib ki, oğlu DİN-in əməkdaşıdır və bütün əmrlərə tabedir: “Oğlum Qarabağ müharibəsi döyüşçüsü, müharibə veteranıdır. Daxili İşlər Nazirliyinin əməkdaşıdır və bütün əmrlərə tabedir. Onu hara göndərsələr, ora da getməlidir. Bu xəbərdən təbii ki, bir ata kimi sevinirəm və dövlətimə, Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürümü bildirirəm”.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmri ilə polkovnik-leytenant Elşad Məmmədov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.
Bir neçə gün əvvəl Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini Qəhrəman Qələndərov tutduğu vəzifədən azad edilərək Yasamal rayon Polis İdarəsinin Yol Polisi Bölməsinə rəis təyin edilib. Elşad Məmmədov isə buna qədər Yasamal rayon Polis İdarəsinin Yol Polisi Bölməsinin rəisi olub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














